İQNA-nın (İran Quran Xəbər Agentliyi) "Səda əl-bələd" (Vətənin səsi) saytına istinadən verdiyi xəbərə görə Eyhab Ət-Təmavi – "Azad Misirlilər" partiyasının Qanunvericilik Komitəsinin sədri, bu barədə deyib: Misirin yeni əsas qanunu (konstitusiya) bu ölkədə yaşayan şiələrin zərərinə olmasının dəlili budur ki, yeni qanunun ikinci maddəsində "İslam Şəriətinin Prinsipləri" qanunvericiliyin əsas mənbəyi sayılmışdır.
Misirin Milli cərəyanları da yeni qanunun 4 maddəsindən nigərandırlar. Bu maddəyə görə İslama dəvət və İslam Elmlərinin yayımlanmasının məsulu Əl-Əzhər Universitetidir.
Qeyd edək ki, bundan öncə də şiələr Misirin yeni konstitusiyasının əleyhinə olduqlarını və buna qarşı etiraz edəcəklərini bildirmişdilər.
Xatırladaq ki, Misirn 9 milyonluq cəmiyyətinin 3 milyonunu şiələr təşkil edir.
1157728