Siyasi qrup: Putin – Rusiya prezidenti, təəccüblü bir çıxışında dedi: Şagirdlərin Rusiya məktəblərində İslamı örtükdən istifadəsi qadağandır. Çünki Rusiyanın özünəməxsus adət və qanunları vardır və özünü xaricdən gəlmə adətlərə uyğunlaşdırmasına ehtiyac duyulmur!
İQNA-nın Avropa şöbəsinin verdiyi xəbər görə Putin – Rusiya prezidenti, təəccüblü bir çıxışında dedi: "Müsəlman alimləri də Rusiya məktəblərində şagirdlərin İslami örtükdən istifadə etməsinin əleyhinədirlər". Əlbəttə o, bu çıxışında onunla həmfikir olan müsəlman alimlərinin adını açıqlamadı.
Qeyd edək ki, cari ilin oktyabr-noyabr aylarında da Cənubi Stavropolun Karatyub qəsəbəsində də İslami örtüyə görə beş nəfər şagirdin məktəbə girişinə qadağa qoyulmuşdu ki, bu da Rusiya müsəlmanlarının etirazına səbəb olmuşdu.
Onlar etirazlarında demişdilər ki, əgər İslami örtük Rusiya qanunlarının ziddinə idisə bəs niyə indi elan edirlər və öncəki illərdə bu problem yox idi!?
Rusiyanın bu addımının müsəlmanların geniş miqyaslı etriaz dalğaları ilə qarşılanacağı gözlənilir.
1160859