IQNA

Efiopiyada Quran Elmlərinin öyrədilməsi qadağan edildi

17:06 - December 29, 2012
Xəbər sayı: 2472038
Beynəlxalq qrup: Efiopiya dövləti İran İslam Respublikasının Adisababada yerləşən Mədəni İşlər İdarəsində hər cür Quran Elmləri və Təfsir dərslərinin keçirilməsini qadğan etdi.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) İslami Əlaqələr və Mədəniyyət Təşkilatındakı şöbəsinin verdiyi xəbərə görə Afriqanın şimalındakı İslam Oyanışı dalğasının genişlənməsinin ardınca Efiopiyanın müxtəlif bölgələrində etiraz hərəkətləri yarandı.
Efiopiya dövləti bu etirazların ölkə səviyyəsində genişlənməsinin qarşısını almaq məqsədi ilə hər cür məzhəbi və Qurani yığıncaqların təşkilinə ciddi qadağa qoymuşdur.
Bu yöndə daha bir addım ataraq İran İslam Respublikasının Adisababada yerləşən Mədəni İşlər İdarəsində hər cür Quran Elmləri və Təfsir dərslərinin keçirilməsini də qadğan etdi.

1162175
captcha