Siyasi qrup: Mübarək Fəcr ongünlüyü ərəfəsində Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Seyid Əli Xamənei bu gün yanvar ayının 30-da İran İslam İnqilabının Dahi Rəhbəri Həzrət Ayətullah Üzma İmam Xumeyninin (r.ə) məzarını ziyarət etdi.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Seyid Əli Xaməneinin dəftərxanasının rəsmi xəbər saytına istinadən verdiyi xəbərə görə Mübarək Fəcr ongünlüyü və İran İslam İnqilabının Böyük rəhbəri İmam Xumeyninin sürgündən İran qayıtıdığı günün ildönümü ərəfəsində Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Seyid Əli Xamənei bu gün yanvar ayının 30-da İran İslam İnqilabının Dahi Rəhbəri Həzrət Ayətullah Üzma İmam Xumeyninin (r.ə) məzarını ziyarət edərək o həzrətin ruhuna dualar oxudular.
Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Seyid Əli Xamənei bu səfərində "7 tir" şəhidlərini və "Zəhra (s) Behiştinin Şəhidlər Gülzarı"nı da ziyarət edərək şəhidlərin ruhuna dualar oxudu və onlar üçün Allah-Taaladan dərəcə yüksəkliyi istədi.
1180133