"İQNA"-nın "Şəhab" agentliyinə istinadən verdiyi məlumata görə, sionist rejimin daxili təhlükəsizlik naziri İtamar Ben-Qvir də bu planın həyata keçiriləcəyinə söz verərək deyib: "Tezliklə orada sinaqoq olacaq."
Bu bəyanatlar sionist rejimin Əl-Əqsa məscidinin daxilindəki tədbirlərini gücləndirdiyi bir vaxtda səslənir. Bu zaman işğalçıların bu müqəddəs məkanın tarixi və hüquqi statusunu dəyişmək və işğal altındakı Qüdsdəki İslam müqəddəslikləri üzərində yeni bir reallıq tətbiq etmək planları ilə bağlı xəbərdarlıqlar artmaqdadır.
Həmçinin səkkiz ərəb və İslam ölkəsi bir bəyanatla sionist məskunlaşanların mübarək Əl-Əqsa məscidinə davamlı basqınlarını və onun həyətlərində sionist rejim bayrağının qaldırılmasını pisləyib.
Sionist rejim son illərdə şərqi Qüdsü, o cümlədən Əl-Əqsa məscidini yəhudiləşdirmək və bu şəhərin ərəb və İslam kimliyini məhv etmək üçün öz tədbirlərini gücləndirib.
Beynəlxalq qətnamələr şərqi Qüdsün müstəqil Fələstin dövlətinin paytaxtı olması lazım olduğunu vurğulayır. Bu qətnamələr sionist rejimin 1967-ci ildə bu şəhəri işğal etməsini və 1980-ci ildə ilhaq etməsini tanımır.
4358800