IQNA

Moskvada yeni məscidlərin tikilişi qadağan edildi

22:20 - March 02, 2013
Xəbər sayı: 2504850
Beynəlxalq qrup: Moskva şəhər icra hakimi bundan sonra Rusiyanın paytaxtında heç bir məscidin tikişilişinə lisenziya verilməyəcəyi barədə xəbərdarlıq edib.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "Onİslam" xəbər saytına istinadən verdiyi xəbərə görə Sergey Sobyanin – Moskva şəhər icra hakimi, Moskva məscidlərində namaz qılanların Rusiyaya iş üçün gələn başqa ölkə vətəndaşlarının olmasını və Moskva sakinlərinin və Rusiya vətəndaşlarının məsciddən istifadə etməməsini bəhanə edərək bu şəhərdə məscid tikmək üçün icazə verilməyəcəyini xəbər verib.
Sobyanin deyib: Namazqılanların təkcə 10 % Moskva sakinləridir və bu qədər cəmiyyət üçün isə şəhərdə lazım olan qədər məscid var. Və müsəlmanlar toplanış üçün ümumi məkanlardan da istifadə edə bilərlər.
Moskva rəsmiləri və şəhər əhalisi bu şəhərdə müxtəlif dilli və mədəniyyətli mühacirlərin çoxalmasından narahatdırlar. Və bunu şəhər üçün zərərli sayırlar.
Müsəlmanlar Rusiya rəsmilərinin bu cür davranışlarını etirazla qarşılayıblar. Rusiya bundan öncə də 6 məscidin tikilişini ləğv etmişdi.
Rusiyada 23 milyon müsəlman (145 milyonluq cəmiyyətin 15 %) yaşayır ki, bunların çoxu Şimali Qafqazdandırlar. Və İslam bu ölkədə Məsihiyyətdən sonra ən böyük din sayılır.
Müşahidəçilərin fikirincə 2050-ci ilədək Rusiya müsəlmanlarının sayı bu ölkənin 50% cəmiyyətini təşkil edəcək.
1197076
captcha