İran Quran Xəbər Agentliyinin (İQNA) verdiyi xəbər görə, bu xəbər agentliyinin (İQNA) dünyanın müxtəlif yerlərindən Quran və Din xəbərlərini vaxtında və dünyanın 42 canlı dilində dünyaya yaydığını, peşəkar kadırlara işlədiyini və Amerika, Afriqa, Orta Asiya, Qərbi və Şərqi Asiyada altı xarici şöbəyə malik olduğunu nəzərə alaraq İslami İrşad və Mədəniyyət Nazirliyinin Baş Mətbuat İdarəsinin razılaşması ilə İQNA-nın (İran Quran Xəbər Agentliyi) adı "İran Quran Beynəlxalq Xəbər Agentliyi"nə dəyişildi.
İslam dünyasında ilk böyük və ixtisaslaşdırılmış Quran xəbər agentliyi "İQNA" - "İran Quran Xəbər Agentliyi – ("Iranian Quran News Agency" - خبرگزاری قرآنی ايران) adı ilə ilk dəfə "şəmsi" (günəş) tarixlə 1382-ci ilin Aban ayının 20-də Fars dilində 7 xəbər yayaraq öz fəaliyyətini başladı. İndi isə 9 il keçdikdən sonra öz fəaliyyətini genişləndirərək hər gün 950 xəbər dünyanın 42 dilinə yayaraq xəbər sayını bir milyon sərhəddindən keçmişdir.
İQNA – ("Beynəlxalq Quran Xəbər Agentliyi" - International Quran News Agency) dil çoxluğu baxımından dünyanın ən birinci saytıdır. Hal-hazırda İQNA 42 dildə - Fars, Rus, Ərəb, İngilis, Frnasız, Urdu, İspan, Bolğar, Hind, Tacik, Türk, Portoğal, Yunan, Yapon, Alman, İtaliyan və ..., fəaliyyət göstərir.
İQNA-nın 6970 iftixari müxbiri, 29 daxili və 6 xarici şöbəsi vardır.
İQNA-nın yeni adı "International Quran News Agency" - (Beynəlxalq Quran Xəbər Agentliyi) onun ixtisari adında (IQNA) təsir qoymamışdır.
1202785