İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Afrika şöbəsinin verdiyi xəbərə görə Nigeriya dövləti bu gün may ayının 26-da elan etdi ki, bu ölkənin müsəlmanları üçün İslami sğorta layihəsi icra ediləcək. Əhali arasında aparılan soğuların nəticələri göstərir ki, Nigeriyanın müsəlmanları İslami sğorta və bank sistemindən istifadə etməyə daha maraqlıdırlar.
Nigeriya dövləti ilk öncə bu layihə barədə mətbuat və tele-radio vasitəsilə məlumatlandırma işi aparıb.
Xatırladaq ki, İslami sğorta qarşılıqlı yoldaşlıq və əməkdaşlıq prinsipləri əsasında olmalıdır. Bu prinsipə əsasən İslami sğorta müştərək məsuliyyət, müştərək mənafe və müştərək zərər ödəmə sisteni əsasında proqramlaşdırılmışdır.
1233871