İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Əl-Aləm" peyk kanalının rəsmi xəbər saytına istinadən verdiyi xəbərə görə "Ən-Nüsrə Cəbhəsi" terrorist qruplaşmasına aid ünsürlər Həzrət İbrahim Peyğəmbərin (ə) müqəddəs məqamını partlatdıqdan və yandırdıqdan sonra bu müqəddəs məkanı və qədim tarixə malik olan məscidi buldozerlə viran ediblər.
Suriya KİV-ləri bu təhqiramiz hərəkətin şəkil və filmlərini yayaraq bunun "Ən-Nüsrə Cəbhəsi" terrorist qruplaşmasına aid ünsürlər tərəfindən həyata keçirildiyini deyiblər.
Suriyanın müqəddəs və tarixi abidələrindən sayılan Həzrət İbrahim Peyğəmbərin (ə) müqəddəs məqamı və məscidi Ər-Riqqə regionunun "Eynul-ərus" kəndində yerləşirdi.
Bu məscid bir bulağın kənarında yeləşirdi ki, rəvayətlərə görə bu bulaq Həzrət İbrahim peyğəmbərin xanımına məxsus olub. Onlar bir zamanlar bu bulaq ətrafında olublar.
1236394