IQNA

Suriyada terroristlər 15 yaşlı yeniyetmə cavanı edam etdilər

0:09 - June 11, 2013
Xəbər sayı: 2545320
Beynəlxalq qrup: Suriyada "Ən-Nüsrə" terrorist qruplaşmasına aid terroristlər on beş yaşlı yeniyetməni edam etdikdən sonra İnsan Haqları Təşkilatının nəzarətçisi bu barədə öz nigarançılığını bildirib.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "lemonde" xəbər saytına istinadən verdiyi xəbərə görə Əl-Qaidə və Ən-Nüsrə terrorist qrupları Suriyadakı cinayətlərini davam etdirillər. Onlar bu dəfər də 15 yaşlı yeniyetməni işkəncə vermiş və sonra da balideynləri və ailəsinin gözü önündə edam etmişlər.
Bu hadisədən sonra Bəşar Əsədin müxaliflərinə bağlı olan və İngiltərə də yerləşən İnsan Haqları Təşkilatının nəzarətçi komitəsi bu barədə və Suriyadakı cinayətlər haqqında öz nigarançılığını bildirib!
Əl-Qaidə və Ən-Nüsrə terrorist qruplarına bağlı olan terroristlər dünən (9 iyun) Məhəmməd Qətta adlı 15 yaşlı bir yeniyetməni Hələb şəhərində xalqın və ailəsinin gözü önündə işkəncələr verdikədn sonra "İslamı təhqir etdi" bəhanəsi ilə edam etmişlər.
Onlar ata-anasınən gözləri qarşısında edam etdikləri 15 yaşlı cavanın cəsədini ailəsinə verməyərək naməlum istiqamətdə aparmışlar.
Şahidlərin dediyinə görə bu 15 yaşlı cavan, Hələb şəhərində terroristlərdən biri ilə öz satığı sərin içkinin puluna görə mübahisə etmiş və bundan sonra terroristlər cavanı qətlə yetirmişlər.
İnsan Haqları Təşkilatının nəzarətçi komitəsi bu barədə və Suriyadakı cinayətlər haqqında öz nigarançılığını bildirmiş və demişdir ki, bu cür addımlar Əsəd dövlətinin xeyrinədir!

1240443
captcha