IQNA

Ali Dini Lider Həzrət Ayətullah İmam Xamenei əvf fərmanı imzaladı

0:25 - June 23, 2013
Xəbər sayı: 2550761
Siyasi qrup: Həzrət İmam Mehdi Sahib Zamanın (ə.f) təvəllüd bayramı münasibətilə İran İslam İnqilabının rəhbəri Ali Dini Lider Həzrət Ayətullah İmam Seyid Əli Hüseyni Xamenei 1249 nəfər məhbusun cəzasının bağışlanması və yüngülləşməsi ilə bağlı əvf fərmanı imzaladı.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Ali Dini Lider Həzrət Ayətullah İmam Xameneinin dəftərxanasının rəsmi saytına istinadən verdiyi xəbərə görə Həzrət İmam Mehdi Sahib Zamanın (ə.f) təvəllüdü ərəfəsində və mübarək Şəban ayı bayramıları münasibətilə İran İslam İnqilabının rəhbəri Ali Dini Lider Həzrət Ayətullah İmam Seyid Əli Hüseyni Xamenei 1249 nəfər məhbusun cəzasının bağışlanması və yüngülləşməsi ilə bağlı əvf fərmanı imzaladı.
Ayətullah Amuli Laricani – İran İslam Respublikasının Ali Baş Məhkəməsinin rəisi, İran İslam İnqilabının rəhbəri Ali Dini Lider Həzrət Ayətullah İmam Seyid Əli Hüseyni Xamenei cənablarına məktub yazaraq Həzrət İmam Mehdi Sahib Zamanın (ə.f) təvəllüdü ərəfəsində və mübarək Şəban ayı bayramıları münasibətilə 1249 nəfər məhbusun cəzasının bağışlanması və ya cəzasının yüngülləşməsini istəyib ki, bu məsələ Ali Dini Lider Həzrət Ayətullah İmam Xamenei tərəfindən razılıqla qarşılanıb.

1246609
captcha