IQNA

Əllamə Məhəmməd Səid əl-Butini terror edənlər tutuldu

18:51 - August 06, 2013
Xəbər sayı: 2572214
Beynəlxalq qrup: Vail Həlqi – Suriyanın Baş Naziri, Əllamə Məhəmməd Səid əl-Butini – Şam Alimləri Birliyinin mərhum rəisi, terror edənlərin həbs olunduqlarını xəbər verdi.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Əl-Məyadin xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Vail Həlqi – Suriyanın Baş Naziri, Əl-Məyadın peyk TV kanalına verdiyi müsahibədə Əllamə Məhəmməd Səid əl-Butini terror edənlərin həbs olunduqlarını xəbər verib.
Əllamə Məhəmməd Səid əl-Butini – Şam Alimləri Birliyinin mərhum rəisi, 2013-cü ilin Novruz bayramı ərəfəsində "Əl-İman" məscidində terror edilmişdi.
Baş Nazirin dediyinə görə Butinin qatilləri onu da terror etmək istəsələr də buna nail ola bilməyiblər. Onlar tutuqlanıb və onların video etirafları tezliklər yayımlanacaqdır.
O deyib: Biz tutulmuş terroristleri Avropdan ezam olunmuş yoxlama heyətlərinə göstərdik.

1269263
captcha