İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "vetogate" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Şeyx Məhmud Təntavi – Misirin tanınmış və beynəlxalq şöhrətli Quran Qarisi və Əl-Əzhər Universitetinin Qurana nəzarət komitəsinin rəisi (1992), dünən sentyabr ayının 16-da Qahirədəki evində 83 yaşında ikən dünyasını dəyişmişdir. O, ana vətənində, Misirin Əş-Şərqiyyə əyalətinin (منيا القمح) "minya el-qumh" məntəqəsində dəfn edilmişdir.
O, 1930-cu il noyabr ayının 30-da Misirdə anadan olmuşdu. Hələ on yaşı olmamışdı bütün Quranı əzbərdən bilir və Quran elmlərinə yiyələnmişdi.
1960-cı ilədək Quran elmləri və Qiraət institutunda oxuyub. Quran elmləri və qiratə üsulu haqqında kitablar yazıb.
Misirin tanınmış və beynəlxalq şöhrətli Quran Qarisi və Əl-Əzhər Universitetinin Qurana nəzarət komitəsinin rəisi və Misirin Quran Qariləri Universitetinin vitse-prezidenti vəzifəsində işləyib.
O, 22 il müddətində Malaziyanın beynəlxalq Quran yarışlarının hakimi olub.
1290289