İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Türkiyənin "TRT" TV kanalına istinadən verdiyi xəbərə görə ABŞ-ın 47-ci vitse-prezidenti Cozef Robinet "Co" Bayden - (İngiliscə: "Joseph Robinette "Joe" Biden, Jr), Türkiyəyə səfərinin son günü İstambulun dini mərkəzlərinə də baxış keçirib. O əvvəlcə İstambulun yepiskopu Bartulumus ilə İstambulun yunanlılara aid olan "Patrick House"unda görüşüb. Onunla söz azadlığı və dinlər arası birlik barədə danışıb.
Cozef Robinet "Co" Bayden bu görüşdən sonra öz həyat yoldaşı ilə birlikdə "Ayayorgi" kilsəsinə gedərək orada şam yandırıblar. Sonra isə İstambulun came məscidlərindən biri olan "Süleymaniyyə məscidi"nə baxış keçiriblər.
Obamanın müavini bu gəzinditdən sonra Türkiyəni tərk etmidşir.
Qeyd edək ki, Cozef Robinet "Co" Bayden bu səfərdə Türkiyənin prezidenti Rəcəb Təyyib Ərdoğanla "Bəylər bəyi" sarayında görüş keçirmişdi. Bu görüşdə regionun məsələləri, xüsusilə də İraq, Suriya və İŞİD barədə müzakirələr aparılmışdır. Bayden deyib: "Biz İraq və Suriya məsələsində Türkiyə ilə həmfikirik".
2611087