IQNA

"Ərubə günü" barədə; İslamda ilk Cümə namazı

11:46 - December 02, 2014
Xəbər sayı: 2614233
Siyasi-ictimai qrup: Namazın ictimai və cəm şəkildə bərpa edilməsi müsəlmanların birliyi və qüdrətinə səbəb olur. Cümə namazı bir gün və həftədə bir dəfə həyata keçirildiyi üçün və həmçinin müsəlman cəmiyyətini bir yerə topladığı üçün neçə bərabər əhəmiyyət kəsb edir.


İQNA (Beynəxalq Quran Xəbər Agentliyi): "Ərubə günü" barədə; İslamda ilk Cümə namazı

Şəbistan Xəbər Agentliyi: Müsəlmanlar ilk dəfə "Ərubə" gününü zikr və şükür günü olaraq seçdilər və sonralar isə bu günün adı "Cümə" günü adı ilə dəyişdirildi.

Şəbistan Xəbr Agentliyi: Namazın ictimai və cəm şəkildə bərpa edilməsi müsəlmanların birliyi və qüdrətinə səbəb olur. Cümə namazı bir gün və həftədə bir dəfə həyata keçirildiyi üçün və həmçinin müsəlman cəmiyyətini bir yerə topladığı üçün neçə bərabər əhəmiyyət kəsb edir.

İslamda ilk cümə namazı

Bir sıra hədislərdə qeyd edilir ki, İslamPeyğəmbəri (s.ə) Mədinəyə hicrət etməzdən öncə Mədinə müsəlmanları öz aralarında belə söhbət etdilər ki, yəhudilərin həftədə bir gün (şənbə günü) toplantıları olur və xristianalrın da həftədə bir gün (bazar günü) toplantıları olur, yaxşı olar ki, bizim də toplantı günümüz olsun və həmin gündə toplanaq, Allaha zikr edək və şükrünü yerinə yetirək, onlar bu məqsədlə şənbədən öncəki günü toplantı günü olaraq seçdilər; o dövürdə şənbədən öncəki gün "Ərubə günü" adlanırdı. Mədinə müsəlmanları şəhərin tanınmış şəxsiyyəti Əsəd ibn Zurarənin yanına getdilər və o da namazı camaat şəklində onlar ilə həyata keçirdi və müsəlmanlara moizə etdi; bu gün müsəlmanların toplantı günü olduğu üçün "cümə günü" adlandı.

Əsəd ibn Zurarənin göstərişi ilə qoyun kəsildi və o qoyun ilə günorta və axşam yeməyini təmin etdilər, çünki o zaman müsəlmanların sayı olduqca az idi, bu, İslam dinində cümə gününün ilk yaradılan günü idi.

Amma Peyğəmbərin (s.ə) Öz səhabələri ilə ilk cümə mərasimi təşkil etməsi isə Məkkədən Mədinəyə hicrət edən vaxtı baş verib. İslam Peyğəmbəri (s.ə) ilk dəfə Mədinəyə daxil olanda "rəbiul-əvvəl" ayının 12-si və bazar ertəsi günü günorta vaxtına təsadüf edirdi. Peyğəmbər (s.ə) dörd gün Qubada qaldı və Quba məscidini təsis etdi, sonra isə cümə günü Mədinəyə sarı hərəkət etdi (Quba və Mədinə arasında az bir məsafə var, bu gün isə Quba Mədinə şəhərinin məhəllələrindən biri hesab olur).

İslam Peyğəmbəri (s.ə) cümə namazı vaxtı "Bəni Salim" məhəlləsinə gəlib çatdı və oarada da cümə namazını qıldı; bu Peyğəmbərin (s.ə) İslamda qıldığı ilk cümə namazıdır, həzrət bu mərasimdə bir xütbə də söylədi və bu həzrətin Mədinədəki ilk xütbəsi idi. (Məcməul-bəyan, cild: 10, səh: 284).



Şəbistan Xəbər Agentliyi

Teqlər: cümə ، ərubə ، mədinə ، yəhudi
captcha