IQNA

Bəsrədə sünni və şiələr müştərək cümə namazı qıldılar

8:46 - January 11, 2015
Xəbər sayı: 2694109
Beynəlxalq qrup: İraqın Bəsrə şəhərinin sünni və şiə müsəlmanları düşmənlərinin parçalayıcı hiylələrinin qarşını almaq üçün cümə günü Bəsrənin Came məscidində müştərək cümə namazı qıldılar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "suməriyyənyuz" xəbər portalına istinadən verdiyi xəbərə görə İraqın Bəsrə şəhərinin sünni və şiə müsəlmanları İslam ümmətinin düşmənlərinin parçalayıcı və fitnəsalan hiylələrinin qarşını almaq üçün keçən cümə günü, 9 yanvar 2015, Vəhdətin həftəsinin son günü və İslam Peyğəmbərinin (s) şiə təqvimi ilə doğum günündə Bəsrənin "Şəhid Yusif Əl-Hisan" adına Came məscidində şiə və sünnilərin izdihamlı və sıx iştirakı ilə müştərək cümə namazı qıldılar.
Bəsrə şəhərinin müştərək Cümə namazında iştirak edən dini və siyasi nüfuzlu şəxsiyyətlər İraqda kobud və zorakı addımları kəskin şəkildə məhkum edərək xalqdan istədilər ki, terrorist ünsürlərin məhv edilməsi və dini azlıqların hüquqlarının qorunması üçün ciddi şəkildə bir-birləriə həmkarlıq və yoldaşlıq etsinlər.
Möhsin Hamid – Bəsrənin siyasi şurasının rəisi, bu barədə dedi: Bəsrə camaatı kobudluq, zorakılıq, ekstirimizim və radikalizimin əleyhinədirlər. Və bu müştərək Cümə namazı insanlar arasında vəhdət, birlik və bağlılıq tellərinin möhkəmlənməsi hədəfi daşıyır.
Şeyx Məhəmməd Əl-Cəburi – İraqın cənub regionunda Əhl-Sünnə Vəqflər idarəsinin rəisi, bu müştərək cümə namazının hədəfi barədə deyib ki, bu cümə namazı Bəsrə xalqının terroristlər və ifratçılar qarşısında birlik və vəhdət mesajıdır.
2690655

Teqlər: iqna ، vəhdət ، konfrans ، 28 ، mövlud ، müfti ، suriya ، terror ، imam ، xomeyni
captcha