IQNA

Bu ilin baharına "müslimface" ilə;

Baharda "müslimface" ictimai şəbəkəsi öz işinə start verəcək

16:25 - January 27, 2015
Xəbər sayı: 2770296
Beynəlxalq qrup: Müsəlmanlar arasında ictimai şəbəkələrin hər gün artan nüfuzunu nəzərə alaraq "muclimface" adlı yeni bir ictimai şəbəkə çox yaxın günlərədə işə başlayacaq. Bu ictimai şəbəkə müsəlman cavanlara əxlaqi dəyərləri tam məsuliyyəti ilə qoruyaraq qrup və fərdi şəkildə beynəlxalq rabitə qurmaq imkanı verəcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Zawya" xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə Şüeyb Fədii – "Muslimface"in təsisçisi, bu barədə xəbər verərək deyib: "İslami ərsədə ictimai rabitə yaratmaq beynəlxalq bir projedir ki, bir müsəlman baxışı ilə hazırlanıb, amma bu şəbəkədən istifadə etmək hamı üçün azad olacaqdır".
Bu ictimai şəbəkə "müsəlmanların vasitəsilə, müsəlmanlardan dünyaya" şüarı ilə müsəlmanları bir-birinə yaxın etmək üçün yaradılmışdır. Bu şəbəkə müsəlmanlara öncül bir sosial şəbəkədən istifadə fürsəti verməklə yanaşı imkan yaradır ki, onlar müxtəlif problemli mövcud şəbəkələrdən istifadə yerinə dini və məzhəbi bir şəbəkədən yararlansınlar.
Nəzərə alsaq ki, 1 milyard 6 yüz milyonluq müsəlmanların 62 %-ni 30 yaşından aşağılar təşkil edir və həmçinin artıq ictimai şəbəkələrdən istifadə etməmək qeyri-mümkünlük həddinə gəlib çatdığı üçün müsəlmanların dini dəyərlərinə hörmətlə yanaşan və həmçinin virtual əlaqələrə ehtiyacı ödəyən bir sosial şəbəkənin yaranması zəruridir.
Qeyd edək ki, ilk dəfə "halal internet" ideyası "imhalal" axtarış motorunun yaradılması ilə müzakirəyə çıxarılmışdı.
Bu axtarış motoru 2009-cu ildə Hollandiyada yaşayan 20 yaşlı iranlı tələbə Rza Sardeha tərəfindən təsis edildi. "imhalal" axtarış motoru xarab saytları filtir edərək təmiz saytları axtarış nəticəsi kimi göstərir və 15 dildə (Ərəb, Fars, Çin, Türk və İngilis ...) xidmət göstərir.

2768913

Teqlər: facebook ، İslam ، muslimface ، imhalal
captcha