IQNA

İŞİD-dən qaçan rus:

Orada baş verənlərlə virtual həqiqət tamam ziddir

9:25 - February 23, 2015
Xəbər sayı: 2885795
Tehran(IQNA)_Çeçenistanda 22 yaşlı Səid Majayev azad olunub. Təqribən bir il öncə o, İŞİD-in tərkibində Suriyaya döyüşməyə getmişdi. Lakin bir müddətdən sonra peşman olan gənc terrorçuları aldadaraq Rusiyaya qaça bilir.

FaktXəbər-in verdiyi məlumata görə, Səid terrorçulara internet vasitəsi ilə qoşulub. Əvvəlcə o özü Bəşər Əsəd hökumətinin guya həyata keçirdikləri vəhşiliklərlə bağlı yayılan videolara baxıb, sonra isə onu «müqəddəs müharibəyə» cəlb edən terrorçularla tanış olur.


Suriyaya nə ailəsi, nə də hamilə yoldaşı Mədinəyə xəbər vermədən gedir. Lakin orada baş verənlərlə virtual həqiqətlər arasında dərin uçurumu gördüyü ilk gündə qayıtmaq istəyir. Ancaq pasportunun olmaması və güclü nəzarət onun bu arzusunu bir neçə ay gecikdirir: «İnternetdə göstərilənlərlə orada baş verənlər tamam zidd şeylərdir. Əslində hökumətə zidd qüvvələr  qarətlə, digər cinayətlərlə  məşğul olur və mənim kimiləri aldadırlar. Sərhəddə pasportumu aldılar. Dedilər ki, qanunlar belədir. Hamı öz pasportunu verdi. Sonra isə heç kimi ala bilmədi. Pasportun qaytarılması üçün ya, yaralanmalı, ya da Türkiyəyə getmək üçün ciddi bir səbəbin olmalı idi».

sizinyol.com

Teqlər: İŞİd ، suriya ، həqiqət
captcha