İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) NDTV peyk TV kanalına istinadən verdiyi xəbərə görə Quran-Kərimin 700 illik tarixə malik olan qədim və nadir əlyazma nüsxələrindən biri Hindistanın Racistan əyalətində Jaydu Perasad adlı "hindu" məzhəbli 55 yaşlı bir kişinin evindən oğurlanıb.
Jaydunun dediyinə görə bu Quran nüsxəsini 2011-ci ildə bir dostu tərəfindən hədiyyə olaraq alıbmış və son günlərdə onunla ticari əlaqələr yaratmış bir kişi tərəfindən oğurlanıb.
O bu hadisə barədə deyib: Telefonla söhbət etdiyim zaman həmin kişi məni silahla təhdid etdi, Quranı məndən alaraq motorsiklet ilə hadisə yerindən qaçdı.
Jaydu Perasad deyir ki, bu Quran xüsusi bir nüsxə idi, qızıl suyu ilə xəttatlıq edilmiş, yaqut qaşlarla bəzədilmişdi. Bu Quranı qızıma hədiyyə verəcəkdim.
Əyalət polisinin dediyinə görə bu Quran nüsxəsi qədim tarixə və qiymətli daş-qaşa malik olduğu və qaçaqçılar tərəfindən baha qiymətə alınıb-satıldığı üçün oğurlanıb.