IQNA

İraq "Əhl-Sünnə Alimləri Birliyi"nin rəisi:

Ayətullah Sistani bütün iraqlılar üçün ata olubdur

10:09 - April 06, 2015
Xəbər sayı: 3095763
Beynəlxalq qrup: İraqın "Əhl-Sünnə Alimləri Birliyi"nin rəisi Şeyx Xalid əl-Molla Ayətullah Üzma Sistaninin İraq hadisələrini müsbət məcraya yönəltməsində ifa etdiyi təsiri alqışlayaraq dedi: O bütün İraq vətəndaşları üçün ata rolunu ifa edibdir.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əs-Suməriyyə" xəbər və informasiya saytına istinadən verdiyi xəbərə görə İraqın "Əhl-Sünnə Alimləri Birliyi"nin rəisi Şeyx Xalid əl-Molla Aprelin ayının 4-də "əl-Bəlağ" təşkilatının toplantısında çıxışı zamanı vurğuladı: "İraq bu gün zahirdə "din donu" geyinmiş və "İslam maskası" taxmış vəhşilərin hücumu ilə üz-üzədir". 



O əlavə etdi: İraqda iki dəstə alim mövcuddur, bir dəstəsi ləyaqərsiz, fintəkar, imperialist qüvvələrin nökəri ki, özləri təhlükəsiz hotellərdə oturublar və milləti cinayətkarların əlində tək qoyublar. Digər bir dəstə Rəbbani alimlərdirlər ki, Allahı tanıyıb, İlahi şəriəti dərk ediblər. Ayətullah-Üzma Sistani bu alimlərin ən öndə duranıdır. 



İraqın "Əhl-Sünnə Alimləri Birliyi"nin rəisi Şeyx Xalid əl-Molla Ayətullah Üzma Sistaninin İraq hadisələrini müsbət məcraya yönəltməsində ifa etdiyi təsiri alqışlayaraq dedi: "O bütün İraq vətəndaşları üçün ata rolunu ifa edibdir. O, şiələr hədsiz zülmlərə, o cümlədən "espayker" cinayətinə məruz qaldıqları zaman sükut etdi, amma Mosull və Səlahəddin əyalətləri terrorçuların hücumuna məruz qaldıqda "cihad" əmri verdi". 



İraqın "Əhl-Sünnə Alimləri Birliyi"nin rəisi çıxışının davamında bəzi ölkə siyasətçilərinin peyk TV kanallarından İraq könüllülərinə hücum etmələrini və beynəlxalq koalisiyadan İraq məsələlərinə dəxalət etməsini istəmələrini tənqid atəşinə tutdu.


Teqlər: İraq ، sünni ، şiə ، alim
captcha