IQNA

Ayətullah Sistani İraqın İŞİD-dən təmizlənməsini himayə edir

10:19 - April 11, 2015
Xəbər sayı: 3121278
Beynəlxalq qrup: Ayətullah Üzma Seyid Əli Sistani – Şiələrin İraqdakı dini təqlid mərcəsi, elan edib ki, İraq dövlətinin bu ölkənin ərazilərini İŞİD terrorist ünüsürlərindən tam təmizləmək üçün bütün səylərini və addımlarını hərətəfli himayə edir.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İraqın xəbər və informasiya portallarına istinadən verdiyi xəbərə görə Heydər əl-İbadi – İraqın Baş Naziri, dövlət TV kanalından yayımlanan çıxışında dedi: Ayətullah Üzma Seyid Əli Sistani – Şiələrin İraqdakı dini təqlid mərcəsi, təkidlə elan etdi ki, İraq dövlətinin bu ölkənin ərazilərini İŞİD terrorist ünüsürlərindən tam təmizləmək üçün bütün səylərini və addımlarını hərətəfli himayə edir.



Heydər əl-İbadi həzrət Ayətullah Sistani ilə görşündən sonrakı çıxışında dedi: Şiələrin ali məqamlı bu mərcəsi İraq dövlətinin öz ərazilərini terrorist ünsürlərdən təmizləmək üçün atdığı bütün addımları tam şəkildə himayə etdiyini vurğuladı.



İbadi dedi: İraq mərcələri dövlətin ixlaslı mərumlarının və məsullarının bu məmuriyyəti (İŞİD-i təmizləmək) tam kamil şəkildə yerinə yetirincəyədək dövlətçilərin yayında olacaqlarını elan ediblər.



O əlavə etdi: Ayətullah Üzma Seyid Əli Sistani – Şiələrin İraqdakı dini təqlid mərcəsi,  vurğuladı ki, İŞİD əleyhinə vuruşan bütün silahlı qruplaşmalar İraq dövlətinin fərmanına itaət etməli və dövlətin kontrlolunda olmalıdırlar.



İraqın baş naziri dedi: Ayətullah Üzma Seyid Əli Sistani – Şiələrin İraqdakı dini təqlid mərcəsi,  onun şəkillərindən müxtəlif cəhətlərdə istifadəsinə müxalif olduğunu bildirdi və dedi ki, biz hər yerdə təkcə İraqın bayrağını dalğalandırmalıyıq.



Qeyd edək ki, əl-İbadi iki gün öncə iraqlı alim Əllamə Seyid Məhəmməd Bəhrul-Ulumun dəfnində iştirak etmiş və bundan sonra isə Nəcəf hövzəsinin ustadı Ayətullah Şeyx Məhəmməd İshaq əl-Fəyyaz və Ayətullah Üzma Seyid Əli Sistani – Şiələrin İraqdakı dini təqlid mərcəsi, ilə görüş keçirmişdi.



3121173        

Teqlər: İraq ، sistani ، İbadi ، İŞİd
captcha