IQNA

Misirin beynəlxalq Quran yarışları bu gün başlayır

9:39 - April 18, 2015
Xəbər sayı: 3164776
Beynəlxalq qrup: Misrin Quran-Kərimin hifz, qiraət və təfsiri üzrə beynəlxalq yarışlarının 22-ci turu bu gün, şənbə, 17 aprel, öz işinə başlayır. Açlış mərasimi Misrin Baş Naziri və Vəqflər Nazirinin iştirakı ilə Qahirədə keçiriləcəkdir.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əş-şuruq" xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə Misirin Quran yarışlarının 22-ci turunun açılış mərasimi bu gün İbrahim Məhləb - Misirin Baş Naziri və Məhəmməd Muxtar Cümənin – Misirin Vəqflər Naziri, iştirakı ilə Qahirədə keçiriləcəkdir.



Quran-Kərimin hifz, qiraət, tərtil, Quranda əxlaqi dəyərlər, ayələrin nüzul səbəblərinin şərhi və təfsiri üzrə keçirilən bu beynəlxalq yarışda 70 ölkədən 100 nəfər iştirak edəcəkdir.



Yarışı Misr, BƏƏ, Mərakeş, Küveyt, Ərəbistan, Sudan, Oman və Seneqaldan olan hakimlər heyəti idarə edəcəklər.



Məhəmməd Muxtar Cümənin – Misirin Vəqflər Naziri, dedi: Dünyanın bəzi Qurani və dini şəxsiyyətləri də bu yarışlara dəvət olunublar ki, onların arasında Şeyx Abdullah Busfur – Quran Hifzi Düyna Birliyinin rəisi, Şeyx Dəlil Əbu Bəkr – Fransa İslam İdarəsi Şurasının rəisi və Nasir əz-Zəhrani – "Salam olsun sənə ey Peyğəmbər (s)" planın müdiri də vardır.



3159617 

Teqlər: quran ، misr ، yarış ، hifz ، tərtil
captcha