İQNA (Beynəlxalq Quran Xəbər Agentiliyi) İslam.az-a istinadən məlumat verir ki, İraqın nüfuzlu İslam alimi Ayətullah Seyid Əli Sistani əhalisi əsasən sünnilərdən ibarət olan Ənbar vilayətindən Kərbəla və Nəcəf şəhərlərinə gələn köçkünlərlə bağlı yerli sakinlərə tövsiyə verib.
Ayətullah Sistaninin müraciətində deyilir: "Ənbar xalqı bizim qonağımızdır. İmkanı olanlar onlara qapılarını açsın. Onlarla birgə evini və yeməyini bölüşsün".
Bildirilir ki, Ayətullah Sistaninin fətvasından sonra bu gün Sadir səmtində bir qrup könüllü Ənbardan gələn köçkünlərə qapılarını açıb və onları qida ilə təmin edib.
Həmçinin Bağdad şəhərinin sakinləri də ənbarlı kökçünlər üçün ərzaq və tibbi yardımlar təşkil ediblər.