IQNA-nın Salamnews-a istinadla verdiyi xəbərə görə, mayın 2-dən 6-dək davam edəcək səfərin məqsədi iki ölkə arasında dini sahədə təcrübə mübadiləsi və gələcək əməkdaşlığın daha da genişləndirilməsi məsələlərini müzakirə etməkdir.
Səfər çərçivəsində M.Qurbanlının Tehran, Təbriz və Qum şəhərlərində dövlət rəsmiləri və din xadimləri ilə görüşləri nəzərdə tutulub.