İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentiliyi) ƏBXA-ya (Əhli Beyt (ə) Xəbər Agentiliyi) istinadən verdiyi xəbərə görə, Həddi Buluğa çatmış qış uşaqları məclisə daxil olarkən Qurani kərimin altından keçərək qabaqcadan onlar üçün tədarük görülmüş yerlərdə əyləşiblər.
İngiltərədə fəaliyyət göstərən İslam Mərkəzi həzrət Əmirəl Möminin Əlinin (əleyhi səlam) və Xanm Fatimə Zəhranın (səlamullahi əlyha) təvəllüdlərinin ildönümü münasibətilə 9 yaşları tamam olmuş qız uşaqları üçün valideynləlirinin iştirakı ilə, Həddi Buluğ Bayramı bərpa edirlər.
Əmirəl Möminin Əlinin (əleyhi səlam) təvəllüdünün ildönümü münasibətilə keçirilən mərasimdə ilk öncə müəssisə şagirdlərinin ifası ilə, Qurani Kərimin nurani ayələri tilavət olunub. Daha sonra İlahi nəğmələr, şerlər oxunub və həzrət İmam Əlinin (əleyhi səlam) və həzrət Fatimə Zəhranın (səlamullahi əleyha) bərəkətli həyatlarını işıqlandıran səhnəcik icra olunub.