IQNA

Lənkəranda Həzrəti Əlinin mübarək mövludu keçirilib

11:50 - May 04, 2015
Xəbər sayı: 3252791
Tehran(İQNA)_Azərbaycanın bir çox şəhər və kəndində olduğu kimi, Lənkəranda da İmam Əlinin mübarək mövludu qeyd edilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentiliyi) İslamazer.az-a istinadən verdiyi xəbərə görə, İmam Əlinin (ə) mübarək mövlud günü münasibətilə Lənkəranda məsciddə tədbir keçirilib.
 

Mərasim müqəddəs kitabımız Qurani-Kərimin tilavət olunması ilə başlanıb. Müqəddəs ayələrin tilavətindən sonra mərasimin aparıcısı giriş nitqilə çıxış edərək mərasim iştirakçılarını, dünya müsəlmanlarını və Zəmanə İmamını (ə.f.) əziz mövlud münasibətilə təbrik edib.
 

Tədbirə ilahiyyatçı-alimlər Hacı Zülfüqar Mikayılzadə, Seyyid Elman Ağazadə, Seyyid Nazim Ocaqov, Kərbəlayi Əliqismət İsayev və digərləri qatılıblar. Hacı Zülfüqar Mikayılzadə tədbirdə Həzrət Əli (ə) haqqında çıxış edərək möminləri bayram münasibətilə təbrik edib.
 

Ardınca "Ali Əba" qrupunun üzvü Kərbəlayi Şəhriyar, İmam Əliyə (ə) həsr edilmiş şerlər və surudlar səsləndirib. Mövlud tədbirində həmçinin az yaşlı tələbələr, İmam Əliyə (ə) həsr edilən şerlər səsləndiriblər.

Teqlər: lənkəran ، Həzrəti ، əli ، mübarək ، mövlud
captcha