IQNA

23:21 - May 09, 2015
Xəbər sayı: 3277836
Beynəlxalq qrup: İraqın Tikrit şəhərinin "espayker" hərbi qərargahında şiə hərbi tələbələrinin qətliam olunduğu yerdə beynəlxalq Quran xətmi məclisi keçirilib.


İQNA-nın (Beynəlxalq Quran Xəbərləri Agentliyi) "suməriyyə nyuz" xəbər və informasiya protalına istinadən verdiyi xəbərə görə İraqın Tikrit şəhərinin "espayker" hərbi qərargahında 1700 nəfər şiə hərbi tələbəsinin İŞİD terroristləri tərəfindən qətliam olunduğu yerdə beynəlxalq Quran xətmi məclisi keçirilib.



İraqın xalq könüllü dəstələrinin təşəbbüsü ilə keçirilən bu beynəlxalq Quran məclisində İraqın sünni və şiə alimləri, Vəqflər idarəsinin üzvləri, şəhid ailələri və Misirin "əl-Əzhər" universitetinin xətibləri, o cümlədən Şeyx Məhmud əz-Zinat və Şeyx Məhəmməd Bəsyuni iştirak ediblər.



İraqın və Misrin bu mərasimdə iştirak edən alimləri bu mərasim üçün "espayker"in seçilməsini "dünya irsi" adlandırıblar və İraqın xalq könüllü dəstələrinə Təkriti İŞİD ünsürlərindən azad etdikləri üçün təşəkkür etdilər.



Səlahəddin əyalət şurası bu məkanda şəhidlərin xatirəsinə abidə yerləşdirdilər.



Qeyd edək ki, "espayker" hərbi təlim məktəbində təhsil alan 1700 şiə cavanı komandirlərinin xəyanəti nəticəsində hərbi məktəbi silahsız tərk etmiş və dərhal sonra İŞİD-in mühasirəsinə düşərək qətliam edilmişdilər. Onların bəzilərinin cənazəsi hələ də tapılmayıbdır. Çünki onlardan bir dəstəsinin başına güllə ilə atəş açaraq çaya atmışdılar. Bu şəhidlərin cənazələrinin tapılması üçün axtarışlar davam edir. Bəzilərinin cəsədi də dəstəcəmi qəbirlərdən tapılmışdır.



Qeyd edək ki, Cümə günü keçirilən məclisdən qayıdan və anti-İŞİD sünni alimi Şeyx Xalid əl-Molla yolda "əl-İshaqi" regionunda terror hücumuna məruz qalmış, amma terrordan salamat çıxa bilmişdir.


Teqlər: iraq ، təkrit ، işid ، quran ، misr
Ad:
E-poçt:
* Comment:
* captcha: