IQNA

11:59 - May 13, 2015
Xəbər sayı: 3296415
Tehran(İQNA)_Ötən gün Lənkəran şəhər "Əbəlfəzl" məscidində Lənkəran möminləri İmam Museyi Kazım (ə)-nın şəhadət günü ilə bağlı tədbir təşkil ediblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Cenubnews.com-a istinadən verdiyi xəbərə görə,
İlk öncə məclisin açılışı Kərbəlayi Müşfiqin Quran tilavəti ilə başlayıb. Qurani-Kərim tilavətindən sonra aparıcı salavat zikr edib, dualar söyləyib. Sonra ilahiyyatçı Hacı Valeh moizə edərək, İmam Museyi Kazım (ə)-ın həyatına dair geniş nitqilə çıxış etmiş və mərasim iştirakçılarına, dünya müsəlmanlarına və Zəmanə İmamına (ə.f.) başsağlığı vermişdir.

Şəhadət gecəsində Hacı Elnur Xudaverdiyev rozə və mərsiyyə oxuyaraq tədbir iştirakçılarını qəmləndirib. Tədbirdə tanınmış ilahiyyatçılar və bir çox möminlər iştirak edib.

Ehsan süfrəsi verilib. Sonda dualar oxunub və "Fərəc" duasının cəmlə oxunuşu ilə tədbir sona çatıb.

Teqlər: Lənkəran ، imam ، museyi ، kazım ، ə
Ad:
E-poçt:
* Comment:
* captcha: