IQNA

Livan Hizbullahına qarşı yeni sanksiyalar təsdiq edildi

12:23 - May 16, 2015
Xəbər sayı: 3304071
Beynəlxalq qrup: Amerikanın senat palatası 423 səs birliyi ilə Livan Hizbullah Hərəkatının əleyhinə yeni sanksiyalar layihəsini təsdiq etdi.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-Məyadin" peyk TV kanalına istinadən verdiyi xəbərə görə Amerika Birləşmiş Ştatlarının (ABŞ) senatorlar palatası Livan Hizbullah Hərəkatının əleyhinə yeni sanksiya və baykotlar layihəsini 423 səs birliyi ilə təsdiq edib.



ABŞ senat məclisi Livan Hizbullah Hərəkatının əleyhinə yeni sanksiyalar layihəsini 423 müsbət rəy birliyi ilə təsdiq edib. Halbuki eyni oxşar layihəni keçən il rədd etmişdi.



Bu xəbərə görə ABŞ senat məclisinin nümayəndələri keçən ilki rədd olunan layihə ilə bağlı palatada olan müharibə tərəfdarlarının könlünü almaq üçün bu layihəni işləmiş və ortaya çıxarıblar.



Əslində isə bu layihənin əsas hədəfi Hizbullah deyil, bəlkə istəyirlər ki, İranın Hizbullahı maddi dəstəyinə görə İranı nüvə müzakirələrində daha çox sıxışdıra bilsinlər, həmçinin Hizbullahı himayə etməməyi də nüvə məsələlərində razılığa gəlməyin və müzakirə şərtlərindən biri olaraq irəli sürsünlər.



3304051  

Teqlər: hizbullah ، abş ، nüvə ، iran ، livan ، senat
captcha