IQNA

Müsəlman kişi yəhudi bir qadını ölümdən xilas etdi

7:11 - May 19, 2015
Xəbər sayı: 3305117
Beynəlxalq qrup: İtaliyada evsiz-eşiksiz və qeyri-qanuni yaşayan müsəlman bir kişi özünü çirkli Tiber çayında öldürmək istəyən yəhudi qadını ölümdən xilas etdi.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "digital journal" xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə İtaliyanın Rum şəhərində evsiz-eşiksiz və qeyri-qanuni yaşayan Səbuc Xəlifə adlı müsəlman bir kişi özünü çox çirkli çaylardan biri sayılan Tiber çayında öldürmək istəyən yəhudi qadını ölümdən xilas etdi. Səbuc Xəlifə İtaliyanın "TV2000" kanalı ilə müsahibəsində dedi: Mən qəhrəman deyiləm, Allah bizdən istəyib ki, bir-birimizə kömək edək.



Səbuc Xəlifə özü Banqladeşli mühacirdir, 32 yaşı var, 8 ildir İtaliyada qeyri-qanuni və 4 ildir ki, evsiz-eşiksiz yaşayırdı. O, altında məskunlaşdığı körpünün üstündən özünü Tiber çayına atan 55 yaşlı yəhudi qadını görür və onu xilas etmək üçün çaya tullanır. O, qadını çayın kənarına çəkdikdən sonra xilasedicilər də gəlir və qadını xəstəxanaya yerləşdirirlər.



Səbucun sülhsevər və humanist addımına görə İtaliya dövləti ona bu ölkədə birdəfəlik qalmaq və işləmək hüququ verdi. Rumlu yəhudilər də Səbuca təşəkkür ediblər.



Qeyd edək ki, İtaliyada 2 milyon müsəlman yaşayır ki, bunun 20 min nəfəri müsəlmanlığı yeni qəbul etmiş italiyalılardır.



3304871

Teqlər: italiya ، rum ، yəhudi ، müsəlman
captcha