IQNA

Səudiyyə Ərəbistanında İmam Hüseyn Məscidinə hücum edilib

21:05 - May 29, 2015
Xəbər sayı: 3308855
Tehran(İQNA)- Səudiyyə Ərəbistanının Dəmmam şəhərində əsasən şiələrin toplaşdıqları İmam Hüseyn Məscidində partlayış törədilib. Ölən və yaralananlar var.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) İslam.az-a istinadla xəbər verir ki, partlayış məscidin park yerində saxlanılmış, içərisində mina yerləşdirilmiş avtomaşının partladılması ilə həyata keçirilib.


Xatırladaq ki, ötən həftənin cümə günü Səudiyyə Ərəbistanının Qətif əyalətində cümə namazı vaxtı İmam Əli Məscidinin içində partlayış həyata keçirilib. Həmin partlayışın məsuliyyətini (İŞİD) terror təşkilatı üzərinə götürüb.

captcha