IQNA

14:01 - May 30, 2015
Xəbər sayı: 3309213

Səudiyyədə kütləvi aksiya keçirilib

Tehran(İQNA)- Ötən gün Səudiyyə Ərəbistanının Dəmmam şəhərində İmam Hüseyn (a) məscidinə edilən hücumdan sonra yerli əhali kütləvi aksiya keçirib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) interaztv-ə istinadla verdiyi xəbərə görə, aksiyada təkfirçilik və radikal vəhhabilik addımları və onları yayan fətvaların verilməsinə etiraz edilib və şüarlar səsləndirilib. Aksiyaçılar hökuməti islam dinində zorakılığa və terrora səsləyən addımların qarşısını almağa səsləyib.


Xatırladaq ki, ötən gün cümə namazı vaxtı Dəmmamda məscidə edilən hücumda 3 nəfər həlak olub və daha 4 nəfər yaralanıb. “İŞİD” terror təşkilatı hücumun məsuliyyətini üzərinə götürüb və hücum edən kamikadzenin adının Əbu-Cəndəl Əl-Cəzravi olduğunu deyib.

captcha