İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İSESCO-nun xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə İSESCO-nun (İslami Təlim, Mədəniyyət və Elmlər təşkilatı) rəisi Əbdüləziz bin Osman ət-Tüvəyciri bu terror hadisəsini pisləyərək dedi: Cinayətkar erroristlərin məscidləri hədəfə aldığı bu addımı onların azğınlığının, İslam dini və ağıldan kamil şəkildə uzaqlaşdıqlarının göstəricisidir.
O vurğuladı: İslam dini məsum insanları öldürməyi və yer üzündə fəsad etməyi haram və qadağan etdiyi bir halda, təkfirçi terroristlər bu cür çirkin cinayətlər törədirlər.
O, çıxışının davamında cinayətkarların şiddətlə cəzalanacaqlarını vurğulayaraq elan etdi ki, İSESCO insanların sülh və təhlükəsizliyini təhdid edən terrorizm ilə mübarizə üçün hazırdır.
Qeyd edək ki, Cümə günü özünü Səudiyyə Ərəbistanın şiələrin yaşadığı əş-Şərqiyyə regionunun Dəmmam şəhərinin "əl-Ənud" məhəlləsindəki İmam Hüseyn (ə) məscidində partlatmaq istəyən terrorist, təhlükəsizlik qüvvələri tərəfindən yaxalandığını görüncə, özünü məscidin çölündə partlatdı.
İmam Hüseyn (ə) məscidinin maşın dayanacağında baş verən bu hadisədə 4 nəfər şəhid oldu və 11 nəfər yaralandı.