İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əş-şuruqonline" xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə, Məhəmməd İsa – Əlcəzairin Dini İşlər və Vəqflər Naziri, Quran-Kərimin hifzi, təcvidi, qiraət və təfsiri üzrə beynəlxalq yarışların mübarək Ramazan ayında keçiriləcəyini xəbər verərək vurğuladı: Başçılıq etdiyi qrum indiyədək 66 ölkəyə bu yarışlara qatılmaq üçün dəvətnamə göndərib. Bu 66 ölkədən 10-u İslami Həmkarlıq İttifaqının üzvü deyildir.
İsa əlavə etdi: Əlcəzairin Dini İşlər və Vəqflər Nazirliyi müsəlman ölkələrindən əlavə bəzi qeyri-müsəlman ölkələrinə də yarışlara qatılmaq üçün dəvətnamə göndəribdir. O cümlədən Rusiya, Kanada, Filippin və Hindistan ki, bu ölkələrdə müsəlmanlar azlıq təşkil edirlər.
Məhəmməd İsa bildirdi: İndiyədək dəvətnamə göndərdiyimiz ölkələrdən 45 ölkənin iştirak edəcəyi qəti şəkildə bildirilib. Ümid edirik ki, bu rəqəm 50-dək yüksələcəkdir.
Hazırda Əlcəzairin özündə milli Quran yarışları keçirilir və bu yarışların qaliblərindən 10 nəfəri beynəlxalq yarışlarda iştirak edəcəklər.