IQNA

Madriddə Quranın elmi ecazkarlığı mövzusunda konfrans keçirilir

19:42 - June 06, 2015
Xəbər sayı: 3311452
Beynəlxalq şöbə: Quran-Kərimin elmi ecazkarlığı mövzusunda keçirilən 11-ci beynəlxalq konfrans dünən, 5 İyun 2015-ci il tarixində İspaniyanın Madrid şəhərinin "İslam Mədəniyyəti Mərkəzi"ndə öz işinə başladı.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) SPA xəbər agentliyinə verdiyi xəbərə görə, Quran-Kərimin elmi ecazkarlığı mövzusunda keçirilən 11-ci beynəlxalq konfrans dünən, 5 İyun 2015-ci il tarixində İspaniyanın Madrid şəhərinin "İslam Mədəniyyəti Mərkəzi"ndə öz işinə başladı.



Bu üçgünlük konfransda dünyanın müxtəlif ölkələrindən 2 mindən çox dini araşdırmaçı iştirak etmişdir.



Qeyd edək ki, Madridin İslam Mədəniyyəti Mərkəzi və Katoloniya, Qranada və Koruuna universitetlərinin həmkarlığı ilə keçirilən bu konfrans Avropada İslami tədqiqatlar mövzusunda keçirilən ən böyük toplantıdır.



Bu toplantının əsas mövzuları Quran-Kərimin və Peyğəmbər (s) sünnəsinin tibb, cameəşünaslıq, astronomiya, biologiya, təbiətşünaslıq və s... elmlərdə ecazkarlığı haqqında araşdırmalardır.


Teqlər: quran ، ecaz ، möcüzə ، tibb
captcha