IQNA

İŞİD dağıtdığı peyğəmbər məzarı üstündə park salır

8:52 - June 22, 2015
Xəbər sayı: 3317057
Tehran(İQNA)- "İraq Şam İslam Dövləti" adlı terrorçu qruplaşma dağıtdığı peyğəmbər məzarı üstündə park salır.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.az-a istinadən xəbər verir ki, İŞİD teror qruplaşması Yunis peyğəmbərin (s) məzarını park və oyun sahəsinə çevirir. O həzrətin məzarı Mosulun ən hündür təpəsində yer alır. İraq xüsusi xidmət orqanlarının əldə etdiyi məlumata görə, İŞİD bu layihəyə ciddi büdcə ayırıb və mütəxəssis şirkətlərlə müqavilə bağlayıb. Qeyd edək ki, bu qrup 2014-cü ilin yanvarında o həzrətin məzarını yerlə yeksan etmişdi.

captcha