IQNA

Moskva evsahibliyi edəcək;

Beynəlxalq Quran-Kərim festivalı

10:40 - June 24, 2015
Xəbər sayı: 3318099
Xarici şöbə: Quran-Kərimin beynəlxalq festivalı şənbə günü, İyul ayının 11-dən başlayaraq cümə günü, İyul ayının 17-dək Rusiyanın paytaxtı Moskvada keçiriləcəkdir.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İİR-nın Moskvadakı mədəniyyət işləri idarəsinin ümumi əlaqələr və mətbuat şöbəsinə istinadən verdiyi xəbərə görə beynəlxalq Quran-Kərim festivalı cari ilin İyul ayının 11-dən 17-dək, bir həftə müddətində Moskvada keçiriləcəkdir. Festivalda Quran-Kərim barəsində İran, Türkiyə, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Tacikistan, Hindistan və Rusiya alimlərinin elmi, mədəni, incəsənət, təbliğ və təlim motivli əsərləri sərgiyə qoyulacaq, bu mövzularda kurslar və seminarlar keçiriləcəkdir.



Festivalda Tatarıstan dini işlər idarəsi, Başqıdistan dini işlər idarəsi, Dağıstan dini işlər idarəsi, Moskva İslam Mərkəzi, Moskva İslami araşdırmalar mərkəzi və Əl-Mustafa universitetinin Rusiyadakı nümayəndəliyi iştirak edəcəklər.



Festival rəsmi şəkildə mübarək Ramazan ayının 27-də yerli vaxtla saat 19:00-da açılış mərasimi keçirəcəkdir.  



Bu festivalda "Nurul-Quran təfsiri"nin ruscaya tərcüməsi ilə tanışlıq, ruscaya tərcümə olunmuş Quranların araşdırılması, Quran və kino ekranı, Quran məzmunlu kinolar, İİR-da Quranın universitetlərdə yeri, Quran və animasiya və s... mövzularda seminarlar keçiriləcəkdir.  



3317738

Teqlər: quran ، rusiya ، festival ، sərgi
captcha