IQNA

İslam ümmətinin ən yaxşı və əhəmiyyətli duası

13:54 - June 24, 2015
Xəbər sayı: 3318269
Dini-Elmi hövzələr şöbəsi: Duanın şərtləri, ədəb və ərkanın kənarında növləri və qismləri də vardır ki, gah həyatın kiçik bir hissəsinə aid olur və gah da daha kalan məsələlər və bəzən də bir ümmət barədədir.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyinin) "İSRA dini və vəhyani elmlər təşkilatı"nın rəsmi informasiya saytına istinadən verdiyi xəbərə görə şiələrin təqlid mərcələrindən sayılan, filosof, fəqih, təfsirçi alim həzrət Ayətullah Üzma Abdullah Cavadi Amuli mübarək "Zümər" surəsinin təfsiri dərslərində İslam ümmətin ən gözəl, yaxşı və daha əməmiyyətli duasına işarə edib və bu barədə açıqlama veribdir.



Təfsir aliminin dediyinə görə müsəlmanların vahid bir ümmət olaraq ən yaxşı duası Quran-Kərimin bu ayəsi olmalıdır: «وَلَا تَجْعَلْ فِی قُلُوبِنَا غِلًّا لِّلَّذِینَ آمَنُوا» - İlahi! İman gətirən şəxslərin kinəsini (onlara qarşı kinə saxlamağı) bizim ürəyimizdə yerləşdirmə!



Quran insanlara, xüsusilə də müsəlmanlara öyrədir ki, necə dua etsinlər və duanın zimnində öyrədir ki, necə olsunlar. Bütün müsəlmanların vahid bir ümmət olaraq duası bu olmalıdır ki, İlahi, bizi bir olmağa, bir-birimizdən kinə saxlamaqdan uzaq olmağa müvəffəq et.



Bu İslam ümmətinin bir ümmət kimi ən əhəmiyyətli və ən gözəl duasıdır. Fərzən əgər ixtilafımız da olsa, bütün bunlar hamısı öz həllini tapa bilən şeylərdir. Belə olmasın ki, xırda ixtilaflara görə ümmət bir-birinə kinə bəsləsin. Bu kinənin həm özümüzə və həm də digərlərinə və həmçinin dinimizə onlarla xətər və zərəri vardır. İnsanın özü və ailəsi üçün nə sağlam xatirə, nə sağlam vaxt və də asayiş qoymur qalmağa... 



Kinəsizlik cənnət əhlinə verilən nemətdir. Ürəyində kinə olanlar cənnətə daxil olmayacaqlar. Çünki kinəsizlik cənnət əhlinin sifətlərindəndir. Cənnətə daxil olmaq üçün əvvəlcə qəlblərimizi müsəlmanlara olan kinədən yumalı və paklamalıyıq. Kinəsizlik, yəni varlıq ilə uyğunlaşmaq və cənnət əhli ilə eyniləşmək...  /şəbistan/

Teqlər: din ، dua ، ümmət ، vəhdət
captcha