IQNA

Terroru təbliğ edən 80 məscid bağlanacaq

12:09 - June 27, 2015
Xəbər sayı: 3319965
Tehran(İQNA)- Ötən gün Tunisin Sus şəhərində İŞİD terror qruplaşmasının hotelə hücumu nəticəsində çox sayda ölümün qeydə alınması ölkəni bu sahədə müəyyən addımlar atmağa sövq edib.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın İslam.az-a istinadla verdiyi xəbərə görə, Tunisin baş naziri Həbib Essida “Reuters” açıqlamasında ölkədəki 80 məscidin bağlanacağını bildirib. Baş nazir son qanlı hücumdan sonra belə bir addımın atılmasının səbəbi olduğunu vurğulayıb.

O qeyd edib ki, ölkədəki bir sıra məscidlərdə radikal islamçılıq təbliğ edilir. Nəticədə də həmin yerlərdən bu cür hadisələri törədə biləcək terrorçular çıxır. Xatırladaq ki, ötən gün Tunisin turizm şəhərlərindən hesab edilən Sus şəhərində İŞİD-çilərin hücumu zamanı 39 nəfər öldürülüb, 40-a yaxın yaralı olduğu bildirilir.

Teqlər: tunis ، 80 ، məscid ، bağlanaxaq
captcha