IQNA

15:02 - July 01, 2015
Xəbər sayı: 3322102
Tehran(İQNA)- Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən illərdə olduğu kimi bu il də bənzər adlar ilk beşlikdə yer alıb.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın İslam.az-a istinadla verdiyi xəbərə göre, Uşaqlara verilən adlar arasında dini adlar üstünlük təşkil edir.  Oğlan adları arasında ən məşhur ad Yusifdir. Bu ilin ötən dövrü ərzində 1377 oğlan uşağına Yusif adı verilib. Oğlan adları arasında ikinci ən məşhur ad isə Əlidir (1000). İlk beşliyi Hüseyn (951), Məhəmməd (615) və Murad (638) adları tamamlayır.  Qız adları arasında ən məşhuru isə Zəhra adıdır.


Bu ilin ötən dövrü ərzində 1356 qız uşağına Zəhra adı verilib. Hazırki statistikaya əsasən Nuray adı (1014) qız uşaqlarına verilən ikinci ən məşhur addır. Bu ilin ötən dövrü ərzində 899 körpə qıza Fatimə, 717 qıza Aylin, 618 qıza isə Zeynəb adı verilib.

Teqlər: Azərbaycan ، uşaqlara ، verilən ، ad
Ad:
E-poçt:
* Comment:
* captcha: