IQNA

9:36 - July 11, 2015
Xəbər sayı: 3326413
Tehran(İQNA)- Ramazan ayının 23-cü gecəsi Bakıda "Hacı Cavad" məscidində 3-ci Qədr gecəsi keçirilib. Əvvəlcə camaatla birlikdə şam və xiftən namazları qılınıb.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın İslam.az-a istinadla verdiyi məlumata görə, Quran qarisi Hacı Ruslan Qasımovun Qurani-Kərim tilavəti ilə başlananan məclisdə, Məscidin axundu, ilahiyyatçı alim Hacı Əhliman Rüstəmov geniş moizə edib, Qədr gecələrinin əhəmiyyətindən, bu gecənin fəziləti, nəql olunan hədislər barədə məlumat verib.


Quranı baş üzərində tutmaqla Allahın, Peyğəmbərin (s) və imamların adlarına and verməklə günahların bağışlanması istənilib. “Cövşən-kəbir” duası oxunub. Sonda məscidə gələnlərə imsak verilib. Mərasim sübh namazının camaatla qılınması ilə başa çatıb.
 

Teqlər: Hac ، Cavad ، məscidi ، üçüncü ، qədr ، gecəsi
Ad:
E-poçt:
* Comment:
* captcha: