IQNA

13:21 - July 12, 2015
Xəbər sayı: 3327098
Tehran(İQNA)- Ali Lider Ayətullah Seyyid Əli Xamenei şənbə günü günortadan sonra bir qrup tələbə və tələbə qurumlarının nümayəndələri ilə görüşüb.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) Maide.az-a istinadən xəbər verir ki, görüşdə çıxışı zamanı Ayətullah Xamenei deyib ki, dünyada güc dili ilə danışanların İran xalqı ilə düşmənçiliyinin əsas səbəbi İslam Respublikasının imperialist quruluşu qəbul etməməsidir.

Görüşdə tələbələrin problemləri, tələbləri, tənqidləri və təkliflərini dinləyən Ayətullah Xamenei  müxtəlif məsələlər, o cümlədən region məsələləri, İran xalqının zülmə qarşı etirazının davam etdirməsi və tələbələrin gündəm məsələləri barəsində çıxış ediblər.

Ayətullah Xamenei görüşdə mübarək Ramazan ayının son günlərinin yaxınlaşdığını xatırladıb və bildirib ki, hər kəs bu mənəviyyat və səfa ilə dolu baharda ürəyini ilahi rəhmət və lütfün təsiri altına salarsa, gələcəkdə bu mənəviyyat meyvələrinin bəhrəsini görəcək.

Ali Lider əlavə edib ki, dünyanın güc dili ilə danışanlarının İran xalqı ilə düşmənçiliyinin əsas səbəbi İslam Respublikasının müstəmləkəçi və imperializmə əsaslanan sistemi qəbul etməkdən çəkinməsidir. Ayətullah Xamenei İranın regionda möcüzəvi və mənəvi iştirakı və nüfuzunu tələbə qurumlarının diqqət yetirməli olduğu digər reallıqlardan adlandırıblar.

"Xəbərimiz var ki, amerikalılar və regionun mürtəceləri gizli icaslarında İranın regiondakı nüfuzu barədə bir-birləri ilə dərdləşirlər. Lakin əllərindən də bir iş gəlmir." Ayətullah Xamenei  Yəmənin 100 günlük bombardman edilməsi və bu ölkədə günahsız və məzlum vətəndaşların vəhşicəsinə kütləvi qırğın edilməsinə toxunaraq əlavə edib ki,  liberal və azadlıqsevərlik iddiasında olan qərb səudiyyəlilərin bu cinayəti qarşısında sükut edir və Təhlükəsizlik Şurası ən utandırıcı qətnamələrindən birində bombardman edənlərin əvəzinə, bombardmana məruz qalanları pisləyir.

Ayətullah Xamenei Yəmənin yaşayış massivlərinin bombardman edilməsinin əsas səbəbini səudiyyəlilər və tərəfdarlarının İranın regiondakı nüfuzundan qəzəblənməsi adlandırıb və bildirib ki, İddiaların əksinə olaraq İslami İranın regiondakı nüfuzu fiziki deyil, ilahi bir lütfdür."İmperializm və müstəmləkəçiliklə mübarizə Quran əsaslarına əsasən heç vaxt dayana bilməz və hazırda Amerika imperializmin ən kamil meyarıdır.

3326800

Teqlər: Ayətullah ، Xamenei ، İran ، zalımları ، qəbul ، etməz
Ad:
E-poçt:
* Comment:
* captcha: