IQNA

12:59 - July 15, 2015
Xəbər sayı: 3328501
Tehran(İQNA)- Namazın məqsəd və hədəfi insanı pisliklərdən və çirkinliklərdən uzaqlaşdıərmaq olduğu kimi , orucun da məqsədi insanları ilahi təqva məqamına yüksəltməkdir”.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın İnterAz-a istinadla verdiyi məlumata görə, “Allah tərəfindən fərz edilmiş ibadətlər insanı kamilliyə çatdırmaq məqsədi daşıyır. Namazın məqsəd və hədəfi insanı pisliklərdən və çirkinliklərdən uzaqlaşdıərmaq olduğu kimi , orucun da məqsədi insanları ilahi təqva məqamına yüksəltməkdir”.

Bu fikirləri İnterAz-a ilahiyyatçı yazar Rövşən Abdullaoğlu ramazan ayının orucunun hikmət və fəlsəfəsi barədə verdiyi müsahibədə deyib.

İlahiyyatçı orucun timsalında digər ibadətlərin fərz edilməsinin qayələrini açıqlayarkən bunların vasitə rolunu oynadığını bildirib. O, Qurani-kərimin Bəqərə surəsinin 183-cü ayəsini (Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, bəlkə (bunun vasitəsilə) təqvalı olasınız.) təfsir edərək, ramazan orucundan əsas məqsəd insanın təqva məqamına çatdırılması olduğunu vurğulayıb.

Teqlər: Oruc ، təqvaya ، çaymaq ، vasitə
Ad:
E-poçt:
* Comment:
* captcha: