Beynəlxalq Quran Xəbər Agentliyi(IQNA)-nın İslam.az-a istinadla verdiyi xəbərə göre, dəvət edilənlər siyahısında Səudiyyə Ərəbistanı, Fələstin, İordaniya, Qətər, Küveyt, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Türkmənistan, Özbəkistan, Tacikistan, İran və digər dövlətlərin başçıları var.
Tədbir sentyabr ayının ikinci yarısına planlaşdırılıb. Həmin vaxt Moskvadakı Mir prospektində məscidin açılışı olacaq. Rusiya Federasiyası muftilərinin Şurasında açılışın müsəlmanların müqəddəs bayramı olan Qurban bayramı ərəfəsində olacağı bildirilib.