IQNA

Kərəmi xəbər verdi:

İran prezidentinin iştirakı ilə “beynəlxalq məscid iclası” keçiriləcək

10:44 - August 08, 2015
Xəbər sayı: 3339934
İctimai şöbə: İranın “məscidlərin işi üzrə komitə”sinin ictimai işlər və mədəni məsələlər üzrə müavini, İran İslam Respublikası prezidentinin iştirakı ilə “beynəlxalq məscid iclası” keçiriləcəyi barədə xəbər verib.


İQNA: Höccətul – İslam vəl – müslimin Səid Kərəmi - İranın “məscidlərin işi üzrə komitə”sinin ictimai işlər və mədəni məsələlər üzrə müavini, İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) ilə müsahibəsində əl – Əqsa məscidinin təxrib olunduğun günün, yəni “21 Avqust, ümumdünya məscid günü”nün yaxınlaşmasına işarə edərək elan etdi: “Dünya məscid günü” münasibətilə paytaxt Tehranda İran İslam Respublikası prezidentinin iştirakı ilə “beynəlxalq məscid iclası” keçiriləcək.



O əlavə etdi: Bu iclasa müsəlman ölkələrin səfirləri və dünyanın məscid işləri üzrə tanınmış simaları dəvət ediləcəkdir.



Höccətul – İslam vəl – müslimin Səid Kərəmi dedi: Bu gün, yəni ümumdünya məscid günü, məscidin və əl – Əqsa məscidinin mahiyyətinə aid edilmiş bir gündür. Çalışacayıq ki, bu gün, bütün dünyanın diqqətini dünyada məscidlərə olunmuş zülmə, xüsusilə də əl – Əqsa məscidinə yönəldək və dünyanın bu yöndə yuxuya getmiş fikrini bu məsələyə qarşı oyadaq.



Kərəmi sonda dedi: Bu il bu mövzu üzərində mərkəzləşəcəyik ki, dünyada baş verən məscid söküntüləri əl – Əqsa məscidinin təxribi üzərindən başlamış bir xəttə köklənmişdir. İndi isə dünyadakı bütün məscidlər təxrib təhlükəsi ilə üz-üzədir. Sionistlər, təkfirçilər və digərləri müxtəlif bəhanələrlə müxtəlif ölkələrdə, o cümlədən Yəmən, Suriya və İraqda məscidləri dağıtmaqla məşğuldurlar.



3339466

Teqlər: iran ، məscid ، Əqsa ، israil
captcha