IQNA

İŞİD Suriyada 230 müsəlman və xristianı girov götürdü

12:51 - August 08, 2015
Xəbər sayı: 3340029
Tehran(İQNA)- Suriyanın Əl-Qaryateynin İŞİD-in əlinə keçməsindən sonra şəhərdən 230 dinc sakin naməlum istiqamətdə qaçırılıb.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın Faktxeber’ə istinadən verdiyi məlumata görə, Əl-Qaryateyndə sünni müsəlmanlarla bərabər xristian katoliklər və pravoslavlar da yaşayıb. Girov aparılanların arasında hər üç təriqətin nümayəndələri var.
 

Xatırladaq ki, Əl-Qaryateyn Suriyada ən strateji nöqtələrdən biri hesab edilir. şəhərin işğalına qədər Əl-Qaryateyndə 2 min xristian yaşayıb. Hazırda isə bu sayın 180-ə düşdüyü bildirilir.

Teqlər: İŞİd ، suriya ، 230 ، müsəlman ، girov
captcha