Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın Faktxeber’ə istinadən verdiyi məlumata görə, Əl-Qaryateyndə sünni müsəlmanlarla bərabər xristian katoliklər və pravoslavlar da yaşayıb. Girov aparılanların arasında hər üç təriqətin nümayəndələri var.
Xatırladaq ki, Əl-Qaryateyn Suriyada ən strateji nöqtələrdən biri hesab edilir. şəhərin işğalına qədər Əl-Qaryateyndə 2 min xristian yaşayıb. Hazırda isə bu sayın 180-ə düşdüyü bildirilir.