IQNA

Əmmar əl-Həkim:

İŞİD nəzərə çarpacaq dərəcədə geri çəkilib

9:18 - August 10, 2015
Xəbər sayı: 3340778
Tehran(İQNA) - İraq İslami Şurasının sədri Əmmar əl-Həkim səfirlə görüşdə İŞİD və özbaşnaçılıq edən dövlət rəsmilərindən danışıb.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın İslamazeri.az-a istinadla verdiyi xəbərə göre, İraq İslami Şurasının sədri Əmmar əl-Həkim Hollandiyanın İraqda olan səfiri ilə görüşüb. Can Corcinlə görüşdə Əmmar əl-Həkim bildirib: “İŞİD üzvləri İraq ordusunun, könüllü xalq dəstələrinin hücumları nəticəsində tədricən nəzarət etdikləri bölgələri əldən verirlər və terrorçu qruplaşma çarpacaq dərəcədə geri çəkilib.

Əmmar əı-Həkim “Fəsadla mübarizə ölkə məsullarından başlanılmalı və aşağıya doğru irəliləməlidir.” deyə bildirib. Hollandiyalı səfir də öz növbəsində ölkəsinin bu məsələdə İraqa yardım etməyə hazır olduğunu bildirib.

captcha