IQNA

İslami camiə ixtilafla mübarizə aparmalıdır

10:16 - August 15, 2015
Xəbər sayı: 3343153
Tehran(İQNA)- Bu barədə Sistan və Bəlucistan bölgəsinin Xubriqan Məclisində olan nümayəndəsi Moləvi Nəzir Əhməd Salami danışıb.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, Moləvi Nəzir Əhməd Salami Xubriqan Məclisində belə bildirib: “Dini camiə ixtilafla mübarizə aparmalı və vəhdətə tərəf çağırış etməlidir. Dünyanın bütün ağıl sahibləri təsdiqləyirlər ki, xalqlar bir-birilərilə mehribançılıqla davransalar və sülh məntiqi dünyaya hakim olsa, səadət dolu bir dünyaya sahib olacağıq. Vəhdət həm də şəriət baxımından vacib və ümumi bir yoldur. Bəşərin kamala çatma yollarından biri vəhdət və barışıqdır. Bəşərin mənafeyi bu yolla təmin oluna bilər”.

captcha