Beynəlxalq Quran Xəbər Agentiyi(İQNA)-nın İslam.az- a istinadla verdiyi xəbərə görə, növbətçi komissar Henrik Stromer radikal düşüncəli vətəndaşın kitabxana şüşəsini qırdığını və içəriyə tezalışan maddə atdığını söyləyib.
Kitabxanada aralarında qadınların və uşaqların da olduğu 40 nəfər dərhal təxliyə edilib. Yanğını söndürmək mümkün olub. “İslam etiqadı” təşkilatının mətbuat katibi Məhəmməd Nami kitabxanadakı minlərlə kitabın xilas edildiyini əlavə edərək hücum faktını təsdiqləyib.
Nami əlavə edib ki, hücum edən şəxs çox güman ki, kitabxananın boş olduğunu düşünüb. Lakin yanğın zamanı kitabxanada olan insanlar cəld hərəkət edərək alovu söndürüblər. Kopenhagen polisinin məlumatına görə, yanğını törətməkdə şübhəli bilinən 35 yaşlı şəxs saxlanılıb.